IMG-LOGO

Bu ölkədə kameralı ağıllı eynəklər qadağan ediləcək

05 Sep 2026 04:18 3 baxış
IMG
2 0

Norveçdə kameralı ağıllı eynəklərin istifadəsinə məhdudiyyət qoyulması gündəmə gəlib.

Lent.az xəbər verir ki, bunu rəqəmsallaşma və dövlət idarəçiliyi naziri Karianne Tung bildirib.

Onun sözlərinə görə, kamera və mikrofonla təchiz olunan, süni intellekt imkanlarına malik geyinilə bilən cihazlar insanların xəbəri olmadan izlənilməsi riskini artırır.

Hökumət ictimai yerlərdə üzlərin xəbərsiz şəkildə skan edilməsinin qarşısını almaq üçün yeni qaydalar hazırlamağı nəzərdən keçirir. Məsələni araşdırmaq üçün müstəqil ekspertlər qrupu da yaradılacaq.

Bununla yanaşı, hökumət bu texnologiyaların görmə məhdudiyyətli insanlar üçün faydalı ola biləcəyini də nəzərə alır.

 

eynək Norveç

Mənbə: lent.az

Xəbər lenti