Türkiyədə kişi oğlunu və gəlinini güllələyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərinin Buldan rayonunda baş verib.
Ailə üzvləri arasında yaranan mübahisə böyüdükdən sonra psixi xəstəliyi olan ata 90 yaşlı Süleyman U. tüfəngə əl atıb və oğlu 65 yaşlı İsmayıl ilə gəlini Sultana atəş açıb.
Əraziyə jandarma və təcili tibbi yardım briqadaları göndərilib.
Tüfənglə yaralanan İ.U. və həyat yoldaşı S.U. ambulansla xəstəxanaya çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, İsmayılı xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Hadisələr kriminal xəbərlər kriminal hadisələr güllələnmə Türkiyə dünyadan xəbərlər
Mənbə: lent.az