ABŞ alimləri plastik butulkalardan peçenye istehsal etməyə imkan verən yeni texnologiya təqdim ediblər. Tədqiqatçılar hesab edirlər ki, bu yanaşma plastik tullantıların emalı probleminə alternativ həll ola bilər.
Lent.az xəbər verir ki, bu barədə “Qubit” məlumat yayıb.
Cənubi İllinoys Universitetinin qida kimyası üzrə tədqiqat qrupu “uBite” adlı eksperimental peçenye konsepsiyasını Amerika Kimya Cəmiyyətinin Çikaqoda keçirilən konfransında təqdim edib.
Texnologiyaya əsasən, plastik və qarğıdalı samanı oksidləşdirici-hidrotermal üsulla homogen qarışığa çevrilir. Daha sonra genetik modifikasiya edilmiş maya göbələkləri bu qarışığı emal edərək beta-karotin, zülal, yağ və vanil aromatizatoru kimi maddələr yaradır.
Alınan kütləyə qida lifləri, nişasta və şirinləşdiricilər əlavə edilərək xəmir hazırlanır. Daha sonra bu xəmir 3D çap texnologiyası ilə peçenyelərə çevrilir.
Ekspertlər şübhə ilə yanaşırlarBununla belə, bəzi alimlər texnologiyanın praktik və kommersiya baxımından effektiv olacağına şübhə edirlər.
London İmperial Kollecindən Ceyson Hallett bildirib ki, layihə maraqlı olsa da, plastik tullantılar probleminə real həll ola bilməz.
Onun sözlərinə görə, dünyada hər il təxminən 400 milyon ton plastik tullantı yaranır və bütün bu tullantıları qidaya çevirmək mümkün deyil.
Ekspert əlavə edib ki, insanların kütləvi şəkildə plastikdən hazırlanmış peçenye yeməyə razı olacağı da inandırıcı görünmür.
peçenye plastik alimlərMənbə: lent.az