IMG-LOGO

Biləsuvarda avtomobil yolu keçmək istəyən piyadanı vurub öldürdü

05 Sep 2026 01:45 7 baxış
IMG
1 0

Biləsuvarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi, yolu əks tərəfə keçmək istəyən Biləsuvar şəhər sakini 1981-ci il təvəllüdlü Elçin Yaşar oğlu Cabbarovu vurub. E. Cabbarov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

 

Biləsuvar piyada

Mənbə: lent.az

Xəbər lenti