IMG-LOGO

“Xiaomi 18 Fold”un dizaynı və əsas xüsusiyyətləri açıqlandı

05 Sep 2026 05:21 4 baxış
IMG
0 0

“Xiaomi” sentyabrın 7-də təqdim edəcəyi yeni qatlanan flaqman smartfonu “Xiaomi 18 Fold”un rəsmi görüntülərini və əsas texniki xüsusiyyətlərini açıqlayıb.

Lent.az xəbər verir ki, model qatlandıqda pasport ölçüsünə yaxın formaya düşür və bir əllə istifadəyə imkan verir.

Cihazın xarici hissəsində 5,38 düymlük ekran, daxildə isə 7,58 düymlük əsas ekran yerləşir.

Smartfonun arxa panelində üfüqi zolaq üzərində yerləşdirilmiş üçlü kamera sistemi və LED flaş var. Kamera sistemi Leica ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

“Xiaomi 18 Fold” şirkətin öz istehsalı olan “Xring O3” prosessoru ilə təchiz edilib. Model “Surge OS” 4 əməliyyat sistemi və MiMo süni intellekt dəstəyi ilə işləyəcək. Telefon həmçinin yeni nəsil LPDDR6 operativ yaddaş texnologiyasından istifadə edir.

Cihazda davamlılığı artırmaq üçün “əjdaha sümüyü” adlandırılan qatlama sistemi tətbiq olunub. “Xiaomi 18 Fold” sentyabrın 7-də keçiriləcək xüsusi tədbirdə təqdim ediləcək.

Modelin “Xiaomi Pad 9 Pro Max” planşeti ilə birlikdə nümayiş etdirilməsi gözlənilir.

 

Xiaomi

Mənbə: lent.az

Xəbər lenti