Məşhur meksikalı aktrisa Salma Hayek sentyabrın 2-də 60 yaşını qeyd edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollivud ulduzu yaşına baxmayaraq, gənc görünüşü və formada qalması ilə diqqət çəkməyə davam edir.
Hayek indiyədək botoks və dolğudan istifadə etmədiyini, dərisini sıxlaşdırmaq və qırışları azaltmaq üçün radiotezlik və mikrotezlik cihazlarına üstünlük verdiyini bildirib. Aktrisa dəriyə qulluq zamanı Meksikada yanıq izlərinə qarşı istifadə olunan “Tepezcohuite” adlı ağacın qabığından hazırlanan ekstraktdan da yararlanır.
Məşhur aktrisa müntəzəm idman etməkdə çox intizamlı olmadığını etiraf etsə də, gündəlik hərəkətlər zamanı əzələlərini işlətməyə çalışdığını deyib. Onun formada qalmasında yoqa, rəqs və masajın da mühüm rolu var.
Salma Hayek bir müddətdir saçlarının ağaran hissələrini boyamamağa üstünlük verir. Aktrisa təbii görünüşü ilə sosial şəbəkələrdə də pərəstişkarlarının diqqətini çəkir.
François-Henri Pinault ilə evli olan Hayekin 18 yaşlı Valentina Paloma adlı qızı var. Aktrisa həyat yoldaşının əvvəlki münasibətindən olan oğlunun övladı dünyaya gəldikdən sonra ögey nənə olub.
Salma Hayek Hollivud məşhurlar aktrisa gözəllik sirri gənc görünüş dəriyə qulluq yoqa maqazin François-Henri Pinault







Mənbə: lent.az