IMG-LOGO

Güllələri ayaqqabısında gizlədib Azərbaycana gəldi - FOTO

02 Sep 2026 13:24 3 baxış
IMG
0 0

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində odlu silaha aid patronlar aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Lent.az-a bildirilib ki, Moskva-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşının əl yüklərinə stasionar rentgen qurğusunda keçirilən baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunub. Daha sonra aparılan yoxlama nəticəsində əl yükündəki ayaqqabının içərisində gizlədilən 11 ədəd patron aşkar edilib.

Ekspertiza tədqiqatı nəticəsində patronların zavod üsulu ilə istehsal edilən 9x18 mm kalibrli, atəşə yararlı döyüş sursatları olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr gömrük nəzarəti Bakı aeroportu Moskva-Bakı aviareysləri tapança patronları

Mənbə: lent.az

Xəbər lenti