Lent.az -ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzu ölümlə nəticələnən qəzalarla bağlıdır.
Ölümlə nəticələnən qəzalarda sərxoş sürücünü hansı cəza gözləyir?
Lent.az xəbər verir ki, Cinayət Məcəlləsinin 263-1.3-cü maaddəsinə əsasən, avtomobil və digər mexaniki nəqliyyat vasitələrinin alkoqollu içkilərin, narkotik vasitələrin və ya psixotrop maddələrin təsiri altında olan şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda bu zaman beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
bir sual - bir cavab qəza Cinayət Məcəlləsi hadisəMənbə: lent.az