IMG-LOGO

Çində robot Usain Boltun rekordunu da keçdi

26 Aug 2026 23:33 3 baxış
IMG
0 0

Çində keçirilən Dünya Humanoid Robot Oyunlarının finalında robot 100 metr məsafəni 8,64 saniyəyə qət edərək Usain Boltun dünya rekordundan təxminən bir saniyə daha yaxşı nəticə göstərib.

Lent.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Robotun nəticəsi 2009-cu ildə Yamaykalı atlet Usain Boltun müəyyən etdiyi 9,58 saniyəlik dünya rekordundan xeyli sürətlidir. Bununla belə, robotların insanlarla birbaşa müqayisəsi düzgün hesab olunmur, çünki onların hərəkət və yarış şərtləri fərqlidir.

Çində keçirilən yarışlarda humanoid robotlar yalnız qaçışda deyil, futbol, kikboksinq və digər idman növlərində də mübarizə aparıblar. Tədbir robot texnologiyasının sürətlə inkişaf etdiyini nümayiş etdirən ən böyük tədbirlərdən biri olub.

çin robot

Mənbə: lent.az

Xəbər lenti