IMG-LOGO

Gecə Bakıya uçuşlar ləğv olundu - PUA HÜCUMU

02 Sep 2026 12:56 3 baxış
IMG
3 0

Bu gün də PUA hücumları ilə əlaqədar Rusiyanın ən iri hava limanları olan Şeremetyevo, Domodedovo, Vnukovo, Pulkovo və Soçidə uçuş cədvəlində genişmiqyaslı pozuntu qeydə alınıb.

Lent.az xəbər verir ki, yüzlərlə reys bir neçə saat gecikir, onlarla reys isə ləğv edilib. Ən mürəkkəb vəziyyət Kalininqrad, Soçi, Sankt-Peterburq və Antalya istiqamətlərində yaranıb.

Gecikmələr sentyabrın 1-i axşam saatlarından başlayıb. Moskvanın "Vnukovo" hava limanından “S7 Airlines-ın Bakıya saat 23:50-yə planlaşdırılan S7 4141 reysi ləğv edilib.

Həmin aeroportdan həmçinin “Azərbaycan Hava Yolları”nın Bakıya J2 806 reysi isə saat 23:50-dən sentyabrın 2-si saat 14:00-a keçirilib.

Hadisələr Rusiya-Ukrayna müharibəsi Moskva aeroport hava limanları təyyarə reysləri PUA hücumu

Mənbə: lent.az

Xəbər lenti