IMG-LOGO

“Yaponçik”in sağ əli Əlisultan azadlıqda: Cəzadan necə yayındı?

02 Sep 2026 15:35 3 baxış
IMG
3 0

Rusiyanın kriminal aləmində tanınan Əlisultan Nadirbəyov azadlığa buraxılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Nadirbəyov “qanuni oğru” Vyaçeslav İvankovun – “Yaponçik”in sağ əli hesab olunub və onun dəstəsində güc əməliyyatlarına rəhbərlik edib.

İddiaya görə, İvankovun snayper tərəfindən öldürülməsindən sonra Nadirbəyov kriminal avtoritet Abakar Dərbişevin dəstəsinə qoşulub. O, burada da güc əməliyyatlarının təşkilinə cavabdeh olub, eyni zamanda “Antikvar” ləqəbli İlya Traberin tapşırıqlarını yerinə yetirib.

Nadirbəyovun “Vıborqun sahibi” kimi tanınan Aleksandr Petrovun qətlinin təşkilində iştirak etdiyi bildirilir. İstintaq versiyasına əsasən, o, Petrovun izlənilməsini təşkil edib, qətli həyata keçirən şəxsi Sankt-Peterburqa gətirib və əməliyyatın digər mərhələlərində iştirak edib.

Petrov da snayper atəşi nəticəsində öldürülüb. Nadirbəyovun Traber və Vladimir Danilenkonun ardınca azadlığa çıxması onun məsuliyyətdən yayındığına dair müzakirələrə səbəb olub.

 

Əlisultan Nadirbəyov Yaponçik Vyaçeslav İvankov kriminal avtoritet Rusiya mafiyası Aleksandr Petrov Vıborq Sankt-Peterburq snayper qətl kriminal xəbər

Mənbə: lent.az

Xəbər lenti