Bakı Ağır Cinayətlər Məhkəməsində xarici vətəndaşı qətlə yetirməkdə təqsirləndirilən Seymur Məmişov və Elşən Xudiyevin cinayət işi üzrə məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Lent.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Elxan Xuduyev və Seymur Məmişovun ayrılıqda 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müdafiə vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses 16 sentyabr saat 15:30-a təyin olunub.
Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda istintaqla, 2013-cü il iyunun 25-də Azərbaycan Respublikası vətəndaşları Seymur Məmişov və Elxan Xudiyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq, öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında, ötən il martın 5-də S.Məmişov və E.Xuduyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hadisələr qətl kriminal xəbərlər kriminal hadisələr Rusiya azərbaycanlı məhkəmə işləri cinayət işləriMənbə: lent.az