IMG-LOGO

Bu qədər tibb işçisinin maaşı artacaq - QRAFİKA

02 Sep 2026 13:00 4 baxış
IMG
0 0

Xəbər verdiyimiz kimi, TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır.

Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.

Mövzu ilə əlaqədar bu gün mətbuat konfransı keçirilib. Tədbirdə TƏBİB-in İcraçı direktoru Anar Bayramov çıxış edərək əməkhaqlarının artırılması ilə bağlı təqdimatla çıxış edib və ətraflı məlumat verib.

Mətbuat konfransı zamanı media nümayəndələrinə təqdim olunan məlumatları diqqətinizə çatdırırıq.

TƏBİB Tibb işçiləri maaşlar qalxır Mehriban Əliyevanın təşəbbüsü

Mənbə: lent.az

Xəbər lenti