IMG-LOGO

Marsda “meduza” peyda oldu? NASA görüntüsü interneti qarışdırdı

30 Aug 2026 04:38 6 baxış
IMG
1 0

NASA-nın Curiosity roverinin Marsda çəkdiyi köhnə görüntülərdən birində qəribə “meduzaya” bənzəyən obyekt diqqət çəkib.

Lent.az xəbər verir ki, bu barədə EarthSky məlumat yayıb.

Görüntüdə uzaqdakı qayalı təpənin üzərində kiçik, tünd rəngli və qeyri-adi formalı obyekt görünür. Sosial şəbəkələrdə bəzi istifadəçilər bunun Marsda həyatın mümkün olduğuna dair sübut ola biləcəyini iddia ediblər.

Lakin alimlərin fikrincə, ən real izah görüntünün çəkilişi və emalı ilə bağlı optik və ya təsvir artefaktıdır. Yəni Marsda həqiqi “meduza” tapıldığına dair heç bir sübut yoxdur.

mars meduza

Mənbə: lent.az

Xəbər lenti