IMG-LOGO

İlin ikinci Ay tutulması başladı, Azərbaycanda da müşahidə edilir

28 Aug 2026 05:29 5 baxış
IMG
0 0

2026-cı ilin ikinci Ay tutulması başlayıb.

Lent.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından APA-ya verilən məlumata görə, bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçərək və qismən tutulma müşahidə olunur.

Belə ki, Yarımkölgəli Ay tutulması 05:23:55- də, qismən tutulma saat 06:33:48-də başlayacaq. Tutulmanın maksimumu saat 08:12:53-də olacaq. Qismən tutulma saat 09:51:55-də, yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa çatacaq.

Tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünəcək. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə - Ay batana qədər müşahidə etmək mümkün olacaq.

ay tutulması

Mənbə: lent.az

Xəbər lenti