Bakıda dənizçinin meyiti tapılıb.
Lent.az xəbər verir ki, dənizçi Elvin İbadovun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Qeyd edək ki, mərhum Elvin İbadov Qara dənizdə dron hücumuna məruz qalan "Natra" gəmisinin motorçusu olub. O, həmin hadisədən sonra Bakıya qayıdıb.
Hazırda onun ölümü ilə bağlı araşdırma aparılır.
Hadisələr meyit ölüm dənizçi dron hücumu gəmi Qara dəniz
Mənbə: lent.az