IMG-LOGO

“Barselona” azarkeşi olan Qurban Qurbanov: “Sabah”ı dəstəkləyəcəyəm

28 Aug 2026 00:06 3 baxış
IMG
0 0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah”ın “Barselona” ilə Bakıda keçirəcəyi oyun barədə danışıb.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə 1:4 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında bu barədə fikirlərini bölüşüb.

Qurbanov azarkeşi olduğu “Barselona”nın Çempionlar Liqasının liqa mərhələsində “Sabah”la oynayacağı qarşılaşmada Azərbaycan klubunu dəstəkləyəcəyini bildirib:

“Stadionda olsam, ‘Sabah’a azarkeşlik edəcəyəm. Onlara uğurlar arzu edirəm. Deyəcək çox söz yoxdur. ‘Barselona’ya başqa oyunlarda fanatlıq edəcəyəm”.

Qeyd edək ki, Qurban Qurbanov daha əvvəl də “Barselona”ya rəğbət bəslədiyini açıqlayıb.

Qurban Qurbanov

Mənbə: lent.az

Xəbər lenti