IMG-LOGO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı - YENİLƏNİB - VİDEO

27 Aug 2026 22:07 2 baxış
IMG
16 3

Bakıda dünən axşam saatlarında baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, Elvin Orucov və sevgilisi 35 yaşlı Günnisə Cəbrayılova 4-5 ay qeyri-rəsmi nikahda ər-arvad kimi yaşayıblar. Məlumata əsasən, Günnisə bu münasibəti bitirmək və Elvindən ayrılmaq istəyib.

Lakin sevgilisinin ayrılıq qərarı Elvinin ürəyincə olmayıb. Nəticədə tərəflər arasında baş verən mübahisə zamanı E. Orucov qadının sinəsinə və qol nahiyələrinə bıçaq zərbələri endirib. Günnisə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.  

***

26 avqust, saat: 19:25

Bakıda dəhşətli qətl hadisəsi olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə bir az əvvəl Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb.

33 yaşlı Elvin Orucov sevgilisinə və özünə xəsarət yetirib.

Nəticədə onların hər ikisi ölüb.

Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Hadisələr qətl kriminal xəbərlər kriminal hadisələr cinayət işləri sevgili

Mənbə: lent.az

Xəbər lenti