Qara dənizdə azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu olub.
Lent.az-ın xəbərinə görə, Liberiya bayrağı altında üzən "Statu Dənizçilik" şirkətinə məxsus "STAR-2" quru yük gəmisi Tuapse limanını tərk edərkən dron hücumuna məruz qalıb.
Məlumata əsasən, gəminin göyərtəsində 15 azərbaycanlı, 4 türkiyəli dənizçi olub. Hücum zamanı xəsarət alanların olmadığı bildirilir.
Sizin brauzer video tagını dəstəkləmir. Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr gəmiyə hücum dron hücumu Qara dəniz azərbaycanlı dənizçilərMənbə: lent.az