IMG-LOGO

Pələng 25 yaşlı oğlanı parçaladı

27 Aug 2026 18:19 3 baxış
IMG
2 0

Hindistanda pələng 25 yaşlı kişini parçalayaraq öldürüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Açanakmar Pələng Qoruğunun ərazisində qeydə alınıb.

Məlumata görə, Dharam Das Qritlahre bambuk və digər bitkilər toplamaq üçün meşəyə gedib. Bu zaman kolluqdan qəfil çıxan dişi pələng ona hücum edib.

Yırtıcı kişini parçalayaraq öldürüb.

İlkin məlumatlara əsasən, dişi pələng balası ilə birlikdə qoruq ərazisində yaşayır. Mütəxəssislər onun aqressiv davranışını balasını qoruma instinkti ilə əlaqələndirirlər.

Hazırda təhlükəli yırtıcının yerinin müəyyən edilməsi və zərərsizləşdirilməsi üçün xüsusi xidmət əməkdaşları tərəfindən axtarış aparılır.

pələng hadisə dünyadan xəbərlər

Mənbə: lent.az

Xəbər lenti