IMG-LOGO

“Fənərbağça”nın keçmiş qapıçısı “Barselona”ya keçdi

27 Aug 2026 17:20 3 baxış
IMG
0 0

Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç “Fənərbağça”dan “Barselona”ya keçib.

Lent.az xəbər verir ki, “Barselona” və “Fənərbağça” xorvatiyalı qapıçının transferi ilə bağlı razılığa gəliblər. Livakoviç yeni klubu ilə 2030-cu il iyunun 30-dək, dörd mövsümlük müqavilə imzalayacaq.

Livakoviç 2023-cü ilin yayında “Fənərbağça”ya transfer edilib. İstanbul klubunda iki mövsüm ərzində 74 oyun keçirib və bunların 24-də qol buraxmayıb.

2025-ci ilin yayında qapıçı icarə əsasında “Jirona”ya keçsə də, burada heç bir rəsmi oyunda meydana çıxmayıb. Qış transfer pəncərəsində icarə əsasında Zaqreb “Dinamo”suna qayıdıb. 

Burada 15 oyun keçirən Livakoviç cəmi 10 qol buraxıb, səkkiz oyunda isə qapısını toxunulmaz saxlayıb. Onun çıxışı “Dinamo”nun çempionluq titulunu qazanmasına kömək edib.

İdman xəbərləri futbol transfer

Mənbə: lent.az

Xəbər lenti