Bərdə rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun meşəçilik adlanan ərazisində qeydə alınıb.
"Changan" markalı minik avtomobili idarəetmədən çıxaraq yaşayış evinə çırpılıb. Nəticədə üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Hadisələr yol qəzası Bərdə xəsarət
Mənbə: lent.az