IMG-LOGO

Zaqatalada QƏZA: 3 nəfər yaralandı - FOTO - YENİLƏNİB

20 Aug 2026 16:41 3 baxış
IMG
6 0

Zaqatala rayonunun Muxax kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər  (2 qadın, 1 kişi) avqustun 20-də saat 13 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Lent.az-a bildirilib ki, bədənin müxtəlif nahiyələrinin diaqnozları dəyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

2 qadının müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 kişi isə ambulator müalicə üçün evə buraxılıb.

*** 14:07

Zaqatalada yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Muxax kəndi ərazisində qeydə alınıb.

“VAZ 2107” və “Ford” markalı iki minik avtomobili toquşub.

Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr yol qəzası Zaqatala rayonu zaqatala news

Mənbə: lent.az

Xəbər lenti