IMG-LOGO

Bir saatda yazıldı, 50 ildir hamı dinləyir – Məşhur mahnının kədərli hekayəsi

19 Aug 2026 11:37 2 baxış
IMG
5 0

Britaniyanın məşhur rok qrupu Pink Floyd-un illərdir sevilən “Wish You Were Here” mahnısının yaranma hekayəsi yenidən gündəmə gəlib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, qrupun ən tanınmış əsərlərindən biri sayılan mahnının əsas hissəsi musiqiçilər Devid Gilmor və Rocer Uoters tərəfindən təxminən bir saat ərzində yazılıb. “Wish You Were Here” 1975-ci ilin sentyabrında eyniadlı albomda təqdim olunub. 

Mahnının yaranmasına ilham verən əsas səbəblərdən biri qrupun qurucularından olan Sid Barrettin taleyi olub. Psixi sağlamlığında yaranan ciddi problemlər səbəbindən qrupdan ayrılan Barrettin yoxluğu musiqiçilərə ağır təsir edib. Məhz itki, ayrılıq və yaxın insanın yoxluğu hissi mahnının əsas mövzusuna çevrilib.

Albomun yazılışı zamanı baş verən maraqlı hadisə də illərdir xatırlanır. Sid Barrett uzun fasilədən sonra gözlənilmədən studiyaya gəlsə də, görünüşündəki ciddi dəyişikliklərə görə qrup üzvləri onu əvvəlcə tanımayıblar.

Mahnının əsası Devid Gilmorun Abbey Road studiyasında ifa etdiyi gitara melodiyası ilə qoyulub. Rocer Uoters bu melodiyanı eşidərək onun üzərində birlikdə işləməyi təklif edib. Beləliklə, təxminən bir saat ərzində mahnının əsas musiqi hissəsi formalaşıb.

Sadə akustik musiqisi və emosional sözləri ilə seçilən “Wish You Were Here” zaman keçdikcə Pink Floyd-un ən məşhur və rok tarixinin ən yaddaqalan mahnılarından birinə çevrilib.

rok musiqisi əfsanəvi mahnı

Mənbə: lent.az

Xəbər lenti