IMG-LOGO

Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO

19 Aug 2026 12:54 3 baxış
IMG
2 0

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olmuş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor istəmişdi.

Lent.az AzTV-yə istinadən xəbər verir ki, İlham Əliyev kiçik sakinin arzusunu reallaşdırıb.

Belə ki, bu günlərdə Əsədovlar ailəsinə traktor hədiyyə olunub.

Xatırladaq ki, daha əvvəl Prezident Xocavənd rayonunun Xanoba kəndində sakinlərlə görüş zamanı balaca Ayazın ondan istədiyi “Kamaz” arzusunu da reallaşdırmışdı.

Daha ətraflı videoda:

Prezident İlham Əliyev hədiyyə video videolent

Mənbə: lent.az

Xəbər lenti