Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev və İordaniya Turizmin Təşviqi Şurasının baş direktoru Ramzi Mayata turizm sahəsində əməkdaşlığı müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfirliyi məlumat yayıb.
"Görüş zamanı Azərbaycan və İordaniya arasında turizmin təşviqi sahəsində əməkdaşlıq, həmçinin turizm sektorunda birgə təşəbbüslər müzakirə olunub", - məlumatda bildirilib.

