IMG-LOGO

Siyəzəndə narkotikə görə daha 9 nəfər tutuldu

19 Aug 2026 10:28 2 baxış
IMG
0 0

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 43 yaşlı Teymur Cavadov saxlanılıb.

Lent.az xəbər verir ki, onun yaşadığı evin həyətyanı sahəsindən xüsusi qulluq edilərək yetişdirdiyi 62 ədəd narkotik tərkibli kol aşkarlanıb.

Bundan başqa, rayon ərazisində keçirilən digər tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 8 nəfər saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotik Siyəzən həbs edildi

Mənbə: lent.az

Xəbər lenti