IMG-LOGO

66 yaşında etiraf etdi: “Evlənəcəyimi düşünürdüm, amma olmadı”

17 Aug 2026 11:51 3 baxış
IMG
0 0

“Oskar” mükafatlı amerikalı aktrisa Allison Cenni şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 66 yaşlı aktrisa indiyədək ailə qurmaması və övlad sahibi olmamasından danışıb.

Aktrisa gənclik illərində müəyyən yaşa çatdıqdan sonra ailə quracağını düşündüyünü bildirib. Lakin həyatı onun planlaşdırdığı kimi davam etməyib.

“Bunlar mənə qismət olmadı”, – deyən Cenni buna görə peşman olmadığını da vurğulayıb.

Uzun illər şəxsi həyatı barədə çox danışmayan aktrisanın ailə və övlad mövzusundakı açıqlamaları diqqət çəkib.

aktrisa uşaq ana

Mənbə: lent.az

Xəbər lenti