IMG-LOGO

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Aug 2026 04:41 2 baxış
IMG
3 0

“Motorola” uzunmüddətli batareya istifadəsinə üstünlük verən istifadəçilər üçün yeni “Moto G Max” modelini təqdim edib.

Lent.az xəbər verir ki, smartfon 7000 mAh tutumlu batareya ilə təchiz olunub və “Snapdragon 6s Gen 4” prosessorundan istifadə edir.

Cihazda 120 Hz yenilənmə tezliyinə malik FHD+ ekran və 50 meqapiksellik əsas kamera var.

“Moto G Max”ın Hindistan bazarında təqdim edilməsi planlaşdırılır və model orta qiymət seqmentində rəqabət aparacaq.

 

Moto

Mənbə: lent.az

Xəbər lenti