İrana məxsus olduğu iddia edilən iki kamikadze pilotsuz uçuş aparatı İraq Kürdüstan Regional Hökumətinin Baş naziri Məsrur Bərzaninin Ərbildəki şəxsi ofisini və təhlükəsizlik rəsmisinin yaşadığı evi hədəfə alıb.
Lent.az xəbər verir ki, bu barədə İraq Kürdüstan Regional Hökumətinin Terrorla Mübarizə İdarəsi məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında İran ərazisindən buraxıldığı iddia olunan “Hadid-110” tipli, partlayıcı yüklü iki PUA Ərbilin Pirmam rayonuna istiqamətlənib. Hücumun hədəflərindən biri Məsrur Bərzaninin şəxsi ofisi, digəri isə regional təhlükəsizlik qurumunun rəhbərlərindən birinin iqamətgahı olub.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Terrorla Mübarizə İdarəsi hücumu sərt şəkildə pisləyib və onu həyata keçirən tərəflərin mümkün nəticələrə görə tam məsuliyyət daşıdığını açıqlayıb.
İran tərəfi hələlik ittihamlarla bağlı açıqlama verməyib.
***12:19
İrana məxsus olduğu bildirilən iki kamikadze pilotsuz uçuş aparatı İraq Kürdüstan Regional Hökumətinin Baş naziri Məsrur Bərzaninin Ərbildəki şəxsi ofisini və kəşfiyyat rəhbərinin evini hədəfə alıb.
Lent.az xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb.
Hücum nəticəsində ölən və yaralanan olmayıb. Hadisənin təfərrüatları və pilotsuz uçuş aparatlarının buraxıldığı ərazi barədə hələlik rəsmi məlumat verilməyib.
Xəbər yenilənəcək.
İran İraq Ərbil Məsrur Bərzani kamikadze PUA pilotsuz uçuş aparatı hücum İraq Kürdüstanı son dəqiqə

Mənbə: lent.az