“SpaceX” iki “Falcon 9” raketini ABŞ-ın əks sahillərində yerləşən buraxılış meydançalarından cəmi 38 dəqiqə fərqlə kosmosa göndərib.
Lent.az xəbər verir ki, missiyalardan birində “Globalstar” şirkətinə məxsus səkkiz peyk orbitə çıxarılıb.
Digər raket isə ABŞ Kosmik Qüvvələrinin məxfi USSF-366 missiyasını həyata keçirib.
Bu, “SpaceX”in iki “Falcon” raketinin buraxılışları arasında qeydə alınan ən qısa intervaldır.
Şirkət bununla 2024-cü ilin avqustunda müəyyənləşdirilmiş əvvəlki 1 saat 5 dəqiqəlik rekordu da yeniləyib.
SpaceX raket
Mənbə: lent.az