Astarada bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Siyaku kəndində qeydə alınıb.
Kənd sakini 1966-cı il təvəllüdlü Fazil Söhbət oğlu Fətəliyev yaşadığı evin həyətindəki ağaca əncir dərmək məqsədi ilə çıxıb və ehtiyatsızlıqdan yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
HadisələrMənbə: lent.az