ABŞ-də keçirilən “Dünyanın ən çirkin iti” müsabiqəsinin qalibi altı yaşlı Cinni Lu adlı mops olub.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Cinni Lu dörd il əvvəl Cənubi Koreyada it əti satılan bazardan xilas edilib.
Bundan sonra it hazırkı sahibinin himayəsinə verilib. Qadın Cinni Lunu məktəblərə və hospislərə apararaq insanlara heyvanların xilas edilməsinin və sahibsiz itlərin qorunmasının vacibliyindən danışıb.
Cinni Lu müsabiqədə birinci yerə layiq görülərək 5 min dollar pul mükafatı qazanıb.
Təxminən 50 ildir təşkil olunan müsabiqənin əsas məqsədlərindən biri qeyri-adi görünüşə malik və xilas edilmiş itlərə diqqət çəkmək, onların yeni ev tapmasına kömək etməkdir.
ən çirkin it ABŞ Dünyadan xəbərlər
Mənbə: lent.az