IMG-LOGO

İmişlidə təkər təmiri sexində partlayış: xəsarət alanlar var

17 Aug 2026 12:32 3 baxış
IMG
0 0

İmişlidə təkər təmiri sexində partlayış olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində baş verib.

Belə ki, təkər təmiri sexində "MAN" markalı yük avtomobilinin pnevmatik hava balonuna hava vurularkən balon partlayıb.

Hadisə nəticəsində Səxavət Məmmədov və Nurlan Fətəliyev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti