IMG-LOGO

General Abbasəli Novruzov dəfn edildi - YENİLƏNİB

17 Aug 2026 10:01 2 baxış
IMG
43 1

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov dəfn edilib.

Lent.az xəbər verir ki, dəfndə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyev, mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

16 avqust, saat 12:03

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib. 

Lent.az xəbər verir ki, general 89 yaşında həyatla vidalaşıb. 

Qeyd edək ki, Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda doğulub.

Uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.

Hadisələr Abbasəli Novruzov DSX komandan

Mənbə: lent.az

Xəbər lenti