IMG-LOGO

"Ziraat Bank Azərbaycan"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

06 Aug 2026 16:36 7 baxış
IMG

Avqustun 26-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Ziraat Bank Azərbaycan" ASC-nin 30 milyon manatlıq istiqrazlarının 15 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının ilk tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 150 000 ədəd istiqraz abunə yazılışı üsulu ilə yerləşdiriləcək və 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 10,5 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Mənbə: report.az

Xəbər lenti