Azərbaycanda 2020-ci ilin fevral ayında yaradılmış "Azərbaycan Evro-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) bazara daxil olmaqdan imtina edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, BOKT-un nizamnamə kapitalı bu növ kredit təşkilatları üçün müəyyən edilmiş yeni tələbə (1 milyon manatdır) cavab verməyib. Bu isə Azərbaycan Mərkəzi Bankının ona BOKT lisenziyası verməsini mümkünsüz edir.
Xatırladaq ki, "Azərbaycan Evro-Kredit"in hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, massiv 1, ev 262A, nizamnamə kapitalı 300 min manat (o vaxt üçün müəyyən edilmiş minimum tələbə uyğun), qanuni təmsilçisi isə Rasim Kamil oğlu Eyvazovdur.
Mənbə: report.az