"Bakı Fond Birjası" QSC bu ilin yanvar-iyul aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 23 388 818 640 manatlıq göstərici ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC başçılıq edir.
Növbəti yerlərdə 8 565 983 068 manatla "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, 5 036 683 399 manatla "Unicapital İnvestisiya Şirkəti" ASC, 4 547 538 976 manatla "CPM-İnvest İnvestisiya Şirkəti" QSC, 4 193 462 596 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 2 437 454 351 manatla "Assist Finance İnvestisiya şirkəti" ASC, 616 971 949 manatla "İnno Kapital İnvestisiya Şirkəti" QSC, 295 645 763 manatla "Capital Partners İnvestisiya Şirkəti" QSC, 180 308 381 manatla "Troni İnvestisiya Şirkəti" QSC, 158 282 882 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 39 949 918 manatla "MFX-Trading İnvestisiya Şirkəti" ASC, 22 425 533 manatla "CFI Financial İnvestisiya Şirkəti" QSC və 11 017 283 manatla "Xalq Bank" ASC qərarlaşıb.
№
İnvestisiya şirkətləri
Əməliyyatların həcmi AZN
1
ABB-İnvest
23 388 818 640
2
Paşa Kapital
8 565 983 068
3
Unicapital
5 036 683 399
4
CPM-İnvest
4 547 538 976
5
İnvest-Az
4 193 462 596
6
Assist Finance
2 437 454 351
7
İnno
616 971 949
8
Capital Partners
295 645 763
9
Troni
180 308 381
10
Xalq Kapital
158 282 882
11
MFX-Trading
39 949 918
12
CFI Financial
22 425 533
13
Xalq Bank
11 017 283
Mənbə: report.az