IMG-LOGO

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 23 % artıb

04 Aug 2026 14:46 4 baxış
IMG

Bu il avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 13 milyard 767,9 milyon ABŞ dolları təşkil edib.

"Report" quruma istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 4,6 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 19,6 %, son 1 ildə isə 23 % artıb.

Mənbə: report.az

Xəbər lenti