IMG-LOGO

Azərbaycan Rusiyadan suxarı və qrenki idxal edib

04 Aug 2026 11:39 5 baxış
IMG

Bu ilin I yarısında Azərbaycan Rusiyadan ümumi dəyəri 566 min ABŞ dollarından çox olan suxarı və qrenki idxal edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ekspertlərin qiymətləndirmələrinə istinadən "Aqroeksport" federal mərkəzi məlumat yayıb.

Məlumatına görə, Azərbaycan Rusiya məhsullarının TOP5 alıcısı sırasına daxil olub. İdxalın həcminə görə lider Qazaxıstan (14,7 milyon ABŞ dollarından çox) olub, ardınca Belarus (4,6 milyon ABŞ dollarından çox), Qırğızıstan (1,3 milyon ABŞ dollarından çox) və Tacikistan (737 min ABŞ dollarından çox) qərarlaşıb.

Ümumilikdə, yanvar-iyun aylarında Rusiya ümumi dəyəri 25 milyon ABŞ dollarından çox olan suxarı və qrenki ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur. Kəmiyyət ifadəsində ixrac 9 % artaraq 8,7 min tona çatıb.

2026-cı ildə Rusiya, həmçinin 2021-ci ildən bəri yaranan fasilədən sonra Liviyaya suxarı və qrenki tədarükünü bərpa edib. Ümumilikdə, bu məhsul 50-dən çox ölkəyə ixrac edilib.

Mənbə: report.az

Xəbər lenti