IMG-LOGO

Toyota yeni hidrogen mühərrikini təqdim etdi

22 Jul 2026 07:44 2 baxış
IMG
2 0

Toyota daxiliyanma mühərriklərini tamamilə sıradan çıxarmaq əvəzinə onları hidrogen yanacağı ilə işləyən yeni texnologiya ilə inkişaf etdirməyə davam edir.

Lent.az xəbər verir ki, şirkətin təqdim etdiyi yeni mühərrik ənənəvi benzin aqreqatlarına bənzər işləmə prinsipi ilə fəaliyyət göstərsə də, yanacaq kimi hidrogendən istifadə edir.

İstehsalçının sözlərinə görə, bu texnologiya karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, daxiliyanma mühərriklərinin sürüş hissini və performansını qoruyub saxlayır.

Toyota hesab edir ki, elektromobillərlə yanaşı hidrogen texnologiyası da gələcəyin nəqliyyatında mühüm rol oynayacaq.

Şirkət yeni mühərrikin kommersiya istehsalına nə vaxt başlayacağını açıqlamayıb, lakin texnologiyanın inkişafı istiqamətində işlərin davam etdirildiyini bildirib.

 

Toyota hidrogen

Mənbə: lent.az

Xəbər lenti