IMG-LOGO

Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - YENİLƏNİB

07 Mar 2026 00:25 5 baxış
IMG

Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub.

"Report"un Cənub bürosu xəbər verir ki, onların təxliyəsi "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə həyata keçirilib.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Səfirliyin digər əməkdaşlarının da yaxın saatlarda təxliyəsi gözlənilir.

00:08

Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur.

"Report"un Cənub bürosu xəbər verir ki, onlar hazırda "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsindədirlər.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın iki diplomatı "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə edilib.

Xəbər lenti