IMG-LOGO

İngiltərə klubunun azarkeşi kubok oyunundan sonra vəfat edib

12 Jan 2026 09:49 3 baxış
IMG

İngiltərənin "Norviç" klubunun azarkeşi komandasının ölkə kubokunun 1/32 final mərhələsinin oyunundan sonra vəfat edib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hadisə yanvarın 11-də "Uolsoll"a qarşı keçirilən və 5:1 hesablı qələbə ilə başa çatan matçdan sonra baş verib.

Klub azarkeşin vəfatı ilə bağlı ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, "Norviç" bu qələbə ilə turnirin növbəti mərhələsinə vəsiqə qazanıb.

Xəbər lenti