IMG-LOGO

Bananı bu meyvələrlə birlikdə saxlamayın

20 Jul 2026 17:44 9 baxış
IMG
0 0

Mütəxəssis əlavə qida israfının qarşısını almağın sadə yolunu açıqlayıb. Bir çox insanın süfrəsində və ya meyvə qabında banan və alma yanaşı olur.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hər iki meyvə sağlam qəlyanaltı sayılsa da, mütəxəssislər onların birlikdə saxlanılmasını məsləhət görmür.

Aşpaz və qida, eləcə də həyat tərzi bloqunun müəllifi Molli Adams Simply Recipes üçün yazdığı məqalədə bildirib ki, bananların bəzi meyvələrin yanında saxlanılması onların daha tez xarab olmasına səbəb olur. Adamsın sözlərinə görə, bir gün parlaq sarı rəngdə olan bananlarının cəmi bir gecəyə qəhvəyi rəng alaraq ləkələndiyini görüb. Üstəlik, bananlarla yanaşı saxlanılan almaların dadı da dəyişib və meyvənin iç hissəsi un kimi yumşaq olub.

Mütəxəssis izah edib ki, banan və alma klimakterik meyvələr sırasına daxildir. Bu meyvələr yığıldıqdan sonra da yetişməyə davam edir. Yetişmə prosesi zamanı isə etilen adlı təbii bitki hormonu ifraz olunur. Bu hormon yaxınlıqda olan digər meyvələrə də daha sürətlə yetişməsi üçün siqnal verir.

Adams bildirib ki, almalar bananlardan daha çox etilen ifraz edir. Buna görə də bu iki meyvənin birlikdə saxlanılması onların dadına, teksturasına və saxlanma müddətinə mənfi təsir göstərir. Onun sözlərinə görə, avokado, armud və pomidor da eyni təsirə malikdir. Buna görə də bu məhsulları da bananlardan ayrı saxlamaq tövsiyə olunur.

"Bananlar təkcə yanındakı meyvələrin yetişməsini sürətləndirmir. Salxım halında sıx saxlanıldıqda özləri də daha tez yetişir və çox vaxt yalnız banan çörəyi və ya maffin hazırlanması üçün yararlı vəziyyətə düşür. Buna görə də bananları evə gətirdikdən sonra yuyun və digər meyvələrdən ayrı bir yerdə saxlayın. Bu, qida israfının qarşısını almağa kömək edəcək", - mütəxəssis qeyd edib.

Hansı meyvədə banandan daha çox lif var?

Daha əvvəl bəzi xüsusiyyətlərinə görə bananı geridə qoyan meyvə haqqında məlumat yayılıb. Söhbət armuddan gedir. Bildirilir ki, armud banandan daha çox lif ehtiva edir.

Bundan əlavə, aşağı kalorili olan bu meyvə orqanizmi qiymətli vitamin və minerallarla təmin edir, ürək sağlamlığını dəstəkləyir, immuniteti gücləndirir, diqqətin cəmlənməsini yaxşılaşdırır və "pis" xolesterinin səviyyəsinin azalmasına kömək edir.

Maraq banan

Mənbə: lent.az

Xəbər lenti