IMG-LOGO

1 tonluq suiti fenomenə çevrildi: Yolları bağlayır, hasarları dağıdır....

11 Jul 2026 05:06 4 baxış
IMG
1 0

Avstraliyanın Tasmaniya ştatında yaşayan və təxminən 1 ton çəkisi olan "Neil" adlı fil suitisi yenidən sahilə çıxaraq sakinlərin diqqət mərkəzinə düşüb.

Lent.az xəbər verir ki, nəhəng heyvan küçələrdə hərəkəti dayandırır, yol nişanlarını aşırır, hasarları dağıdır və bəzən avtomobillərin qarşısında uzanaraq nəqliyyatın hərəkətinə mane olur.

Neilin görüntüləri sosial şəbəkələrdə milyonlarla baxış toplayıb və o, internet fenomeninə çevrilib.

Lakin yerli hakimiyyət orqanları və mütəxəssislər insanlara vəhşi heyvana yaxınlaşmamağı, ən azı 20 metr məsafə saxlamağı tövsiyə ediblər.

Bildirilir ki, həddindən artıq maraq həm insanların təhlükəsizliyi, həm də suitinin sağlamlığı üçün risk yaradır.

 

Suiti Avstraliya

Mənbə: lent.az

Xəbər lenti