IMG-LOGO

Braziliyalı cütlük öpüş rekordu qırdı: 30 saniyəyə 195 öpüş

11 Jul 2026 04:32 3 baxış
IMG
0 0

Braziliyalı Renato Bayma Qaya və sevgilisi Naiara Roberta Ribeiro de Marins 30 saniyə ərzində 195 öpüş edərək Ginnesin Dünya Rekorduna düşüblər.

Lent.az xəbər verir ki, bununla da onlar 30 saniyədə bir cütlük tərəfindən ən çox öpüş rekordunun yeni sahibi olublar.

Cütlük bu rekordu şəxsi nailiyyət kimi əldə etdiklərini və özlərini dünyanın ən yaxşı cütlüyü hesab etdiklərini bildiriblər.

Renato Bayma Qaya bundan əvvəl də bir neçə Ginnes rekorduna imza atıb və yeni hədəflərinin 1 dəqiqə ərzində ən çox öpüş rekordunu qırmaq olduğunu açıqlayıb.

 

öpüş

Mənbə: lent.az

Xəbər lenti