Astrologiya və numerologiyada doğum ayının insanın xarakterinə və həyat yoluna müəyyən təsir göstərdiyi iddia edilir. Bu yanaşmaya görə, bəzi aylarda doğulan insanlar uğur qazanmağa, imkanları vaxtında görməyə və firavan həyat qurmağa kömək edən xüsusiyyətlərə daha çox sahib olurlar.
Lent.az xarici mediaya istiinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, bolluq və firavanlıq hər kəs üçün fərqli məna daşıyır.
Bəziləri üçün bu, maddi sabitlik, digərləri üçün möhkəm ailə münasibətləri, sağlamlıq, uğurlu karyera və ya daxili rahatlıq deməkdir. Astrologiya və numerologiya sahəsindəki yanaşmalara əsasən, fevral, aprel, iyul və oktyabr aylarında doğulan insanlar bu sahələrdə uğur qazanmağa kömək edən xüsusiyyətlərə daha çox malik ola bilərlər.
FevralFevral ayında doğulan insanlar qeyri-adi düşüncə tərzi və başqalarının görmədiyi imkanları fərq etmək bacarığı ilə seçilirlər. Onlar adətən qəbul olunmuş qaydalara kor-koranə əməl etmir, məqsədlərinə çatmaq üçün öz yollarını seçirlər.
Dolça və ya Balıq bürcündə doğulan bu insanlar güclü intuisiya və uzaqgörənlik nümayiş etdirirlər. Onlar daxili hisslərinə güvənməkdən çəkinmir, başqalarına riskli görünən qərarları belə qəbul edə bilirlər. Bu xüsusiyyətlər onların karyera, yaradıcılıq və şəxsi layihələrdə uğur qazanmasına kömək edə bilər. Onların ən böyük üstünlüyü isə özlərinə sadiq qalmağı bacarmalarıdır.
AprelAprel ayında doğulanlar iradəli, təşəbbüskar və hərəkət etməyi sevən insanlar kimi xarakterizə olunurlar. Onlar əlverişli şəraiti gözləməkdənsə, həmin şəraiti özləri yaratmağa çalışırlar.
Qoç və ya Buğa bürcündə doğulan bu insanlar iddialı və əzmli olurlar. Qarşılarına maneələr çıxdıqda belə, ruhdan düşmür, özlərinə olan inamı tez bərpa edərək məqsədlərinə doğru irəliləməyə davam edirlər. Məsuliyyət götürməkdən və əsaslandırılmış risklər etməkdən çəkinməmələri onların həm iş həyatında, həm münasibətlərdə, həm də şəxsi inkişafda uğur qazanmasına kömək edə bilər.
İyulİyul ayında doğulan insanlar yüksək emosional intellektə malik olmaları ilə seçilirlər. Onlar ətrafdakı insanların hisslərini yaxşı anlayır və möhkəm münasibətlər qurmağı bacarırlar.
Xərçəng və Şir bürcündə doğulanlar qayğıkeşliklə liderlik xüsusiyyətlərini birləşdirirlər. Onlar etibar qazanır, yaxınlarının və həmkarlarının dəstəyini asanlıqla əldə edirlər. Güclü sosial əlaqələr zamanla həm şəxsi həyatlarında, həm də peşəkar fəaliyyətlərində yeni imkanların yaranmasına şərait yarada bilər.
OktyabrOktyabr ayında doğulan insanlar iş, şəxsi həyat və istirahət arasında tarazlığı qorumağı bacaran şəxslər kimi qiymətləndirilirlər. Onlar nə vaxt daha çox çalışmalı, nə vaxt isə dincəlməli olduqlarını düzgün müəyyənləşdirə bilirlər.
Tərəzi və ya Əqrəb bürcündə doğulanlar diplomatik davranışları, ünsiyyət bacarıqları və məqsədyönlülükləri ilə seçilirlər. Onlar müxtəlif insanlarla asanlıqla ünsiyyət qurur, faydalı tanışlıqlar əldə edir və kiçik görünən imkanları belə böyük uğurlara çevirə bilirlər. Ardıcıllıqla hərəkət etmələri və düşünülmüş qərarlar vermələri onların uzunmüddətli uğur və sabitlik əldə etməsinə kömək edə bilər.
numerologiya astrologiya sərvət pulMənbə: lent.az