IMG-LOGO

Maykl Ceksonun ölümü ilə bağlı yeni iddia: Dərmanının dozasını artırdığı üçün ölüb

05 Jul 2026 04:51 2 baxış
IMG
2 0

Tanınmış amerikalı müğənni Maykl Ceksonun istifadə etdiyi dərmanın dozasını şəxsi həkiminin xəbəri olmadan artırdığı üçün öldüyü iddia olunub.

APA xəbər verir ki, bu barədə “Radar Online” portalı məlumat yayıb.

Portalın məlumatına görə, ağrılarını yüngülləşdirmək istəyən Cekson gizli şəkildə dərmanın dozasını artıraraq qəbul edib.

Bu da onun vaxtsız ölümünə səbəb olub və nəticədə məsuliyyət şəxsi həkimi Konrad Mürreyin üzərinə düşüb.

Portal xatırladır ki, ölümündən əvvəl Cekson qarşıdakı konsertlər səbəbindən ciddi stress keçirib, səhhətində problemlər yaşanıb və təxminən 400 milyon dollar borcu olub.

Ekspertlərin və adı açıqlanmayan mənbələrin iddiasına görə, müğənni öldüyü gecə yuxudan oyanaraq, həkim Konrad Mürrey yanında olmadığı üçün özü damcı sistemi vasitəsilə dərmanın əlavə dozasını qəbul edib və ya yeni flakonu açaraq preparatdan istifadə edib.

Məhz bu addımı həkimin xəbəri olmadan atdığı bildirilir.

 

Maykl Cekson

Mənbə: lent.az

Xəbər lenti