IMG-LOGO

Yolda gizli təhlükə: sürücünün beyninə cəmi 15 dəqiqəyə zərər verə bilən amil

02 Jul 2026 18:41 3 baxış
IMG
0 0

Yay aylarında bir çox sürücü avtomobildəki istidən xilas olmaq üçün sadəcə pəncərələri açır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, yüksək sürətlə açıq pəncərələrlə hərəkət etmək sağlamlıq və yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yarada bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, əsas problem avtomobil yüksək sürətlə hərəkət edərkən yaranan güclü hava axınının yaratdığı səs-küydür.

Mütəxəssislər bildirir ki, avtomobil saatda 110 kilometrdən çox sürətlə açıq pəncərələrlə hərəkət etdikdə salon daxilində səs səviyyəsi 90–100 desibelə qədər yüksələ bilər.

Bu isə işləyən sənaye perforatorunun səsi və ya yüksək səslə keçirilən rok konsertində olmaqla müqayisə edilir.

Özünüzü necə qorumalısınız?

Mütəxəssislər sadə bir qaydaya əməl etməyi tövsiyə edirlər.

Avtomobilin sürəti saatda 80 kilometrdən yuxarı qalxdıqda pəncərələri bağlamaq məsləhətdir. Salonun sərinlədilməsi üçün isə kondisioner və ya iqlimə nəzarət sistemindən istifadə etmək daha təhlükəsizdir.

Həkimlər həmçinin avtomobildə musiqinin səsini həddindən artıq artırmamağı tövsiyə edirlər. Çünki küləyin səsini musiqi ilə "ört-basdır etməyə" çalışmaq qulaq pərdələrinə düşən yükü daha da artırır.

Bu əlamətlərə diqqət edin

Əgər uzun səfərlərdən sonra qulaqlarda cingilti yaranırsa və ya səs-küylü mühitdə insanların danışığını anlamaq çətinləşirsə, mütəxəssislər vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edirlər. Bu əlamətlər eşitmə sistemində yaranan problemlərin ilk xəbərdaredici siqnalları ola bilər.  

avtomobil idarə etməkdə qaydalar avtomobilin sürət tənzimlənməsi

Mənbə: lent.az

Xəbər lenti