IMG-LOGO

Ölümündən əvvəl II Yelizaveta şahzadə Uilyamın sərtliyinə əsəbiləşib: o, nədən qorxurdu?

02 Jul 2026 16:58 2 baxış
IMG
0 0

Böyük Britaniyanın mərhum kraliçası II Yelizavetanın sevimli nəvəsi şahzadə Uilyamın gələcəkdə "məşhur monarxa" çevrilə biləcəyindən narahat olduğu iddia edilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə britaniyalı müəllif  Robert Cobsonun "The Windsor Legacy: A Royal Dynasty of Secrets, Scandal and Survival" adlı yeni kitabında bəhs olunur.

Kitabdan dərc olunan hissələrə görə ömrünün son illərində II Yelizaveta bəzən şahzadə Uilyamın sərt davranışlarından narazı qalıb və onun bəzi hallarda şəxsi həyatını kral vəzifələrindən üstün tutmasını qəbul etməyib.

Müəllifin yazdığına görə, 2022-ci ilin iyulunda kraliça səhhətində yaranan problemlərə görə Berkşirdə yeni hospisin açılış mərasimində iştirak edə bilməyəcəyini anlayaraq Uilyamdan onu əvəz etməsini xahiş edib. Lakin şahzadə bu xahişi valideynlik öhdəliklərini əsas gətirərək qəbul etməyib.

Bildirilir ki, bu qərar II Yelizavetanı məyus edib. O, zarafatla "Bəs dayələr və mühafizəçilər nə üçündür?" deyərək narazılığını ifadə edib. Nəticədə kraliça tədbirə qızı şahzadə Anna ilə birlikdə qatılıb. Həmin mərasim onun 2022-ci il sentyabrın 8-də vəfat etməzdən əvvəl İngiltərədə iştirak etdiyi son rəsmi tədbir olub.

Robert Cobsonun sözlərinə görə, 2022-ci ildə şahzadə Uilyam cəmi 190 rəsmi görüş keçirib. Bu göstərici atası lral III Çarlzın həmin il keçirdiyi təxminən 500 rəsmi tədbirdən xeyli azdır.

Müəllif  hesab edir ki, bunun əsas səbəbi Uilyamın övladlarına sabit və sakit uşaqlıq bəxş etmək istəyidir. O, valideynləri kral III Çarlz və şahzadə Diananın boşanmasından sonra öz uşaqlığında yaşadığı çətinliklərin övladlarının həyatında təkrarlanmasını istəmir.

Qeyd edək ki, şahzadə Uilyam kral III Çarlz və mərhum şahzadə Diananın böyük oğludur. Böyük Britaniyada taxt-tac varisliyi qaydalarına əsasən, atasından sonra ölkənin növbəti kralı məhz şahzadə Uilyam olacaq. O, həyat yoldaşı şahzadə Ketrin ilə birlikdə üç övlad – şahzadə Corc, şahzadə Şarlotta və şahzadə Luisi böyüdür.

II Elizabet Böyük Britaniya

Mənbə: lent.az

Xəbər lenti